Rusiyanın Xarkov şəhərini bombalaması nəticəsində bir azyaşlı həlak olub, 30-dan çox insan isə xəsarət alıb
Rusiyanın Xarkov şəhərini bombalaması nəticəsində bir azyaşlı həlak olub, 30-dan çox insan isə xəsarət alıb

Rusiyanın Xarkov şəhərini bombalaması nəticəsində bir azyaşlı həlak olub, 30-dan çox insan isə xəsarət alıb. Bu barədə Ukrayna mediası məlumat yayır.

Xarkov meri İqor Terexovun bildirdiyinə görə, hücumun hədəfi şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli bina olub. Terekovun məlumatına görə, ərazidə əhəmiyyətli dağıntı var.

Ukrayna prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, Rusiya ehtimal ki, şəhərə iki raketlə hücum edib. Ukrayna hakimiyyətinin bildirdiyinə görə, Xarkovda xilasetmə əməliyyatı davam edir.