Rusiyanın Xarici İşlər Nazirliyinə Azərbaycanın səfiri çağırılıb.Rusiyanın mediasının məlumatına görə, “ölkənin Xarici İşlər Nazirliyinə Azərbaycanın səfirinin çağırılması Bakıda qeyri-dost hərəkətlərlə və jurnalistlərin qanunsuz saxlanılması ilə bağlıdır.”
Məlumat üçün bildirək ki, bundan əvvəl məlum olub ki, Bakıda Rusiya informasiya agentliyi “Sputnik”in ofisinə polis daxil olub.
Azərbaycan mediasının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Sputnik” agentliyində çalışan Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşını saxlayıblar.