Rusiyanın Ukraynaya dronlar və ballistik raketlərlə zərbələri nəticəsində iki nəfər yaralanıb, yaşayış evlərinə və avtomobillərə ziyan dəyib

12:59, 19.03.2025

Gecə Rusiya 145 dronla və ballistik raketlərlə Ukraynaya genişmiqyaslı hücum edib. Ukraynanın hava hücumundan müdafiəsi 45-i Kiyev vilayətində olmaqla 72 dronu zərərsizləşdirib.

Medianın məlumatına görə, hücum Xarkov, Poltava, Sumı, Çerniqov, Çerkassı, Kiyev, Jitomir, Vinnitsa, Kirovoqrad, Dnepropetrovsk, Zaporojya və Odessa vilayətlərində həyata keçirilib.

Kiyev vilayətində hücum nəticəsində 2 nəfər yaralanıb, yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. Xüsusi ilə, hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, Buça rayonunda 20 ikimərtəbəli evə, 15 fərdi yaşayış evinə və 19 avtomobilə ziyan dəyib.

Oxşar