Rusiyanın Tümen vilayətində yerləşən zavoda dronlarla hücum həyata keçirilib, müəssisə Ukrayna sərhədindən 2 200 kilometr məsafədə yerləşir
Tümen vilayətində yerləşən zavoda Ukraynaya məxsus pilotsuz uçuş aparatları hücum edib. Məlumatı regionun qubernatoru Aleksandr Moor təsdiqləyib.
Qubernator hansı müəssisədən söhbət getdiyini dəqiqləşdirməyib. Həlak olanlar və xəsarət alanlar barədə məlumat yayılmayıb.
Ukrayna “Telegram” kanallarında hücumun “Sibur” holdinqinə məxsus “ZapSibNeftexim” neft-kimya kompleksinə qarşı təşkil edildiyi barədə məlumat yayılır.
Videoların birində hadisə şahidləri hücumun hədəfinin “Sibur Tobolsk”un mərkəzi qurğusu olduğunu bildirirlər.
Məlumat üçün bildirək ki, Ukrayna sərhədindən Tobolska qədər məsafə 2200 kilometrdən çoxdur.
Hücum nəticəsində 13 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Həmçinin şəhərdə yerləşən neft emalı zavodunda yanğın baş verdiyi barədə məlumat yayılıb.