Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər xəsarət alıb
Rusiya qüvvələri dünən gecə saatlarında Sumı vilayətini bombalayıb, nəticədə ikisi azyaşlı olmaqla üç nəfər xəsarət alıb. Bu barədə Ukrayna mediası məlumat yayır.
İki yaşayış binası tamamilə dağılıb. Təbii qaz kəməri zədələnib.
Odessa bölgəsi gecə ərzində dronlarla bombalanıb. Mülki və enerji infrastrukturuna ziyan dəyib. İki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya aparılıb.