Rusiyanın Sumı şəhərinə hücumu nəticəsində ölənlərin sayı 11-ə gədər yüksəlib, 89 nəfər yaralanıb

12:46, 18.11.2024

Rusiyanın Ukraynada, Sumı şəhərinə hücumu nəticəsində ölənlərin sayı 11-ə gədər yüksəlib. 89 nəfər yaralanıb. “Suspilne” nəşri şəhərin meri vəzifəsini icra edən Artyom Kobzara istinadən xəbər verir ki, ölənlər arasında iki, yaralananlar arasında isə 11 uşaq var.

“Sumidə 9 mərtəbəli binaya raket hücumu. Bütün lazımi xidmətlər artıq yerindədir, xilasetmə əməliyyatı aparılır. Ailələrə və yaxınlarına başsağlığı verirəm”, – Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazır.

Ukrayna mediasının məlumatına əsasən, Rusiyanın hücumu nəticəsində zədələnmiş 9 mərtəbəli yaşayış binasından 400-dən çox insanın təxliyəsi həyata keçirilib.

Bununla yanaşı, yaxınlıqda yerləşən 6 çoxmərtəbəli evin şüşələri sındırılıb, 4 avtomobil isə məhv edilib.

Yerli medianın məlumatına əsasən, gecə saatlarında Rusiya ordusu Sumiyə növbəti raket hücumu həyata keçirib. Hücum nəticəsində şəhərdə elektrik enerjisi kəsilib.

Oxşar