Bu səhər Vladimir Putin tərəfindən Rusiya nəqliyyat naziri vəzifəsindən azad olunması barədə sərəncam imzalanan Roman Starovoyt öz evində ölü tapılıb. Bu barədə Rusiya mediası məlumat yayır.
Rusiya mediasının məlumatına görə, ilkin məlumata görə, Starovoit intihar edib. Onun cəsədinin yanında odlu silah tapılıb.
Roman Starovoit 2024-cü ilin may ayından Nəqliyyat Nazirliyinə rəhbərlik edirdi. Bundan əvvəl isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tuturdu.
Vladimir Putinin sərəncamında Starovoitun nəqliyyat naziri vəzifəsindən azad edilməsinə səbəbin nə olduğu göstərilməyib.
Kremlin məlumatına görə, Rusiya Prezidenti nəqliyyat naziri vəzifəsini icra etmək üçün Andrey Nikitini təyin edib. O, bundan əvvəl nazir müavini vəzifəsində çalışıb, həmçinin o, Novqorod vilayətinin sabiq qubernatorudur.
Rus teleqram kanallarında yazıldığına görə, Roman Starovoyta qarşı ifadə onun keçmiş müavini, Kursk vilayətinin sabiq qubernatoru Aleksey Smirnov tərəfindən verilib. Smirnovun özü isə, qubernator vəzifəsini cəmi yeddi ay – 2024-cü ilin dekabrına qədər icra etdikdən sonra, Kursk vilayətində müdafiə qurğularının tikintisi üçün ayrılmış 1 milyard rublun mənimsənilməsinə görə həbs edilib.