Rusiyanın raket hücumlarına görə Volodimir Zelenski BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib

22:29, 23.11.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib. Bu barədə Volodimir Zelenski “Twitter”də yazır.

O, Ukraynanın BMT-dəki səfirinə müvafiq fərmanı artıq verdiyini bildirib.

Ukrayna prezidentinin yazdığı üzrə, o, bu gün Rusiya tərəfindən Ukraynanın enerji sistemlərinə endirilən raket hücumları ilə əlaqədar təcili iclasın keçirilməsini tələb edir.

“Mən BMT-dəki səfirimizə Rusiyanın bugünkü zərbələri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tapşırmışam. Mülki əhalinin öldürülməsi, mülki infrastrukturun məhv edilməsi terror aktıdır. Ukrayna beynəlxalq ictimaiyyətdən bu cinayətlərə sərt reaksiya tələb etməkdə davam edir” -deyə prezident yazır.

Noyabrın 23-də rus aviasiya və dəniz qüvvələri Ukraynada vacib infrastruktur obyektlərinə irimiqyaslı hücumlar həyata keçiriblər.

Oxşar