Rusiyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, Pokrovski şəhərində ukraynalı əsgərlər təslim olmağa başlayıblar, lakin ukrayna tərəfi Kremlin məlumatlarını rədd edir və qeyd edir ki, proses mürəkkəb və dinamikdir

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Ukraynanın Pokrovski şəhərində ukraynalı əsgərlər silahlarını qoyublar və təslim olmağa başlayıblar. Ukrayna hərbçiləri Rusiya tərəfinin yaydığı məlumatı rəd edirlər və vəziyyətin mürəkkəb və dinamik olduğunu qeyd edirlər.

Onların məlumatına görə, Pokrovski şəhərinin bəzi rayonlarında Ukraynanın mövqeləri yaxşılaşıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Pokrovski yaxınlığında Rusiya bölmələri Ukraynanın xüsusi əməliyyatını dəf edib və helikoperdə olan 11 ukraynalını öldürüb.

Ukrayna tərəfi qeyd olunan məlumatları rəd edib. Onların bildirdiyinə görə, Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə stabilləşdirmə əməliyyatları davam etdirilir.