Rusiyanın Müdafiə Nazirliyi – Keçən gecə hava hücumundan müdafiə qüvvələri Ukraynanın 144 pilotsuz uçuş aparatını vurub

10:39, 10.09.2024

 
Rusiyanın Müdafiə Nazirliyi, keçən gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin Moskva vilayəti də daxil olmaqla, ölkənin doqquz bölgəsinin üzərində Ukraynanın 144 pilotsuz uçuş aparatını vurması haqda məlumat verir.

Nazirliyin məlumatına əsasən, dronların əksəriyyətini, 72 pilotsuz uçuş aparatını Bryansk vilayətinin ərazisində məhv ediblər. 20-si Moskvada, 14-ü Kurskda , 13-ü Tulada , 8-i Belqorodda, 7-si Kaluqada, 5-i Voronejdə, 4-ü Lipetskdə və 1-i Orlov vilayətində.

Rusiyanın Müdafiə Nazirliyinin bəyanatına əsasən, bu, “Kiyev rejiminin pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya Federasiyasının ərazisindəki obyektlərə terror hücumu həyata keçirmək cəhdi olub”.

Oxşar