Rusiyanın Mərkəzi Bankı illik faiz dərəcəsini rekord həddə 21 faizə gədər artırıb

19:44, 25.10.2024

Rusiyanın Mərkəzi Bankı illik faiz dərəcəsini rekord həddə, 21 faizə gədər artırıb. Bu, Vladimir Putinin hakimiyyətinin ilk illərindən bəri ən yüksək səviyyədir.

Rusiyanın Mərkəzi Bankının rəhbəri Elvira Nabiulinanın bildirdiyinə görə, faiz dərəcəsinin artırılması qiymət artımı və kütləvi büdcə xərclərinə səbəb olan hazırda 8,4 faiz olan inflyasiya ilə mübarizə aparmaq üçün lazım idi.

Elvira Nabiulinanın bildirdiyinə görə, bankın direktorlar şurasının növbəti görüşündə faiz dərəcəsinin daha da artırılması gözlənilir.

“Sentyabrdan sonra qiymət artımı sürətləndi. İnflyasiya gözləntiləri də artıb. Kreditləşmə sürətlə böyüməyə davam etdi. Məhdud əmək ehtiyatları və yüksək potensialdan istifadə əmsalları səbəbindən müəssisələr mal və xidmətlərin istehsalının genişləndirilməsi ilə əlaqədar getdikcə daha çox problemlər yaşayırlar. Hökumət bu il büdcə xərclərində əlavə artımlar, həmçinin, daha əhəmiyyətli tariflərin indeksləşdirilməsi və təkrar emal ödənişlərində artımı açıqladı. Bu amillərdən bəziləri artıq 2024-cü ildə artıq yüksək inflyasiyaya çevrilib, 8,0-8,5 faizə çatacaq. Bizim qərarlarımızı nəzərə alsaq, gələn il illik inflyasiya 4,5-5,0 faiz olacaq”, – Rusiyanın Mərkəzi Bankının rəhbəri bildirib.

Oxşar