Rusiyanın Kiyevə raket hücumu nəticəsində iki nəfər həlak olub
Rusiyanın Kiyevə raket hücumu nəticəsində iki nəfər həlak olub

Rusiyanın Kiyevə həyata keçirdiyi raket hücumu nəticəsində iki nəfər həlak olub. Ən azı doqquz nəfər yaralanıb. Bu barədə məlumatı Kiyev vilayəti hərbi administrasiyası, Kiyev polisi və prokurorluq yayır.

Yayılan məlumata görə, iki kişi həlak olub. Onlardan birinin cəsədi xilasedicilər tərəfindən dağıntılar arasından tapılıb. Digər vətəndaş isə xəstəxanaya aparıldıqdan sonra vəfat edib.

Həmçinin məlumdur ki, raket zərbəsi nəticəsində yaralananlar arasında polis əməkdaşları da var.

Çoxmərtəbəli yaşayış binası, uşaq bağçası və mağazalar dağılıb. Avtomobillərə ziyan dəyib.

Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin məlumatına görə, 25 oktyabrda, gecə saatlarında Rusiya Ukrayna istiqamətinə doqquz ballistik raket və 62 dron buraxıb. Ukraynanın hava hücumundan müdafiə qüvvələri dörd ballistik raket və 50 dronu məhv edə bilib.