Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 31-ə gədər yüksəlib, onlardan beşi azyaşlıdır
Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 31-ə gədər yüksəlib, onlardan beşi azyaşlıdır

Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 31-ə gədər yüksəlib, onlardan beşi azyaşlıdır. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, iyulda ruslar Ukraynaya qarşı 5100-dən çox idarə olunan hava bombası, 3800-dən çox “Şahed” tipli pilotsuz uçuş aparatı və 128-i ballistik olmaqla 260-a yaxın müxtəlif tipli raketlərdən istifadə edib.

“Bütün axtarış-xilasetmə əməliyyatları başa çatıb. Hazırda beşi uşaq olmaqla 31 nəfərin öldüyü məlumdur. Ən kiçik uşağın cəmi iki yaşı var. 159 nəfər yaralanıb, o cümlədən 16 uşaq. Hazırda onların hamısına lazımi tibbi yardım göstərilir. Moskvaya əlavə təzyiq və sanksiyalar zəruridir, çünki Kremlin bunu inkar etməsinə baxmayaraq, onlar təsirli olur. Düşmən dinc əhaliyə hücumlarını davam etdirir və dünyanın buna səssiz qalmaması çox vacibdir. Xalqımıza dəstək olan hər kəsə təşəkkür edirəm. Biz qiymətləndiririk ki, Prezident Tramp, Avropa liderləri və digər tərəfdaşlarımız baş verənləri aydın şəkildə görür və Rusiyanı qınayır”, – deyə Volodimir Zelenski qeyd edib.