Rusiyanın Kiyevə hücumu nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb, Xarkova edilən hücumda isə 19 nəfər yaralanıb
Rusiyanın Kiyevə hücumu nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb, Xarkova edilən hücumda isə 19 nəfər yaralanıb

Yanvarın 24-də gecə saatlarında Rusiya Kiyevə dronlar və ballistik raketlərdən istifadə edərək hücuma keçib. Bu barədə Ukrayna mediası məlumat yayır.

Medianın məlumatına görə, hava hücumu nəticəsində bir nəfər həlak olub, üç nəfər isə ağır yaralanıb.

Medianın yazdığına görə, hakimiyyət şəhər sakinlərini hava həyəcan siqnalını laqeyd yanaşmamağa, dərhal sığınacaq tapmağa və həyəcan siqnalının bitməsi barədə müvafiq bildiriş almayanadək orada qalmağa çağırır.

Bununla yanaşı, yanvarın 24-də gecə saatlarında, Rusiya qüvvələri Xarkovu “Şahed” raketləri ilə bombalayıb, nəticədə hamilə qadın və uşaq da daxil olmaqla 19 nəfər yaralanıb.

Ukrayna Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri 930 rus əsgərini öldürüb və ya yaralayıb.