Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində azı bir nəfər həlak olub, 19 nəfər isə yaralanıb
Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində azı bir nəfər həlak olub, 19 nəfər isə yaralanıb

Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində azı bir nəfər həlak olub, 19 nəfər isə yaralanıb.

Kiyev şəhərinin meri Vitali Kliçkonun dediyinə görə, müxtəlif xəsarətlər alan 11 nəfər xəstəxanalara yerləşdirilib. Onların arasında iki azyaşlı da var.

Kliçkonun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində şəhərdə 2500-dən çox ev, 187 uşaq bağçası, 138 məktəb və digər müəssisələr mərkəzləşdirilmiş istilik sistemsiz qalıb.

Qeyd etmək lazımdır ki, 26 dekabrda, gecə saatlarında Rusiyanın Kiyevə endirdiyi kombinə edilmiş hücum nəticəsində paytaxtın bir neçə rayonunda yerləşən ən azı üç çoxmərtəbəli binada yanğın baş verib.