Rusiyanın Kiyev bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb
Rusiyanın Kiyev bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb

Rusiyanın Kiyev bölgəsinə həyata keçirdiyi irimiqyaslı raket və dron hücumu nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Ukrayna mediası məlumat yayır.

Regional hərbi administrasiya rəhbərinin söylədiyinə görə, hücum dörd rayona təsir edib. Ən böyük ziyan Obuxov və Brovarı rayonlarında qeydə alınıb.

Ümumilikdə 30-dan çox obyektə ziyan dəyib: çoxmərtəbəli və fərdi yaşayış binaları, təhsil müəssisələri, vacib infrastruktur obyektləri, sənaye və anbar binaları, həmçinin avtomobillər.

Ukrayna mediasının məlumatına görə, Rusiyanın hücumunun hədəfi enerji infrastrukturu olub.

Rusiyanın hücumları səbəbindən Kiyevdə və Kiyev vilayətinin Buça rayonunda elektrik kəsintisi baş verib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücumun nəticələrini əks etdirən fotolar yayımlayıb.