Rusiyanın Kiyev bölgəsində növbəti hava hücumu nəticəsində bir nəfər həlak olub, minlərlə ailə istiliksiz qalıb
Rusiyanın Kiyev bölgəsində növbəti hava hücumu nəticəsində bir nəfər həlak olub, minlərlə ailə istiliksiz qalıb

Rusiyanın gecə ərzində Ukraynaya qarşı həyata keçirdiyi növbəti hava hücumu nəticəsində Kiyev bölgəsində 50 yaşlı bir kişi həlak olub.

Kiyev hərbi administrasiyası məlumat yayır.

İki yanacaqdoldurma məntəqəsi zədələnib. Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, hücum nəticəsində altı min yaşayış binası istiliksiz qalıb. Onun söylədiyinə görə, bunlar əsasən 9 yanvarda Rusiyanın hücumu nəticəsində istilik problemi yaranan və texniki işlərin hələ də davam etdiyi evlərdir.

Rusiyanın hücumu nəticəsində Odessada çoxmərtəbəli bina və enerji obyektləri də zərər görüb.