Rusiyanın Xarkovu bombalaması nəticəsində azı 1 nəfər həlak olub, 14 yaralı barədə məlumat yayılır
Rusiyanın Xarkovu bombalaması nəticəsində azı 1 nəfər həlak olub, 14 yaralı barədə məlumat yayılır

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərini bombalaması insan itkisi ilə nəticələnib. Ukrayna mediasının məlumatına görə, ruslar Xarkov sənaye rayonundakı timüəssisəsinə idarə olunan bomba atıb və nəticədə ən azı bir nəfər həlak olub. 14 yaralı barədə məlumat yayılır.

Hadisə yerində Fövqəladə Hallar Xidməti, hüquq-mühafizə orqanları və tibbi qruplar növbə çəkirlər.

Regional prokurorluğun rəhbəri Amil Omarovun bildirdiyinə görə, ruslar Xarkova UMBP-5 tipli hava bombaları ilə hücum ediblər. Prokurorun dediyinə görə, ruslar Xarkovdan böyük ehtimalla yeni tip silahların sınaq poliqonu kimi istifadə edirlər.