Rusiyanın Xarkov şəhərini bombalaması nəticəsində 3 nəfər həlak olub, 21 isə nəfər yaralanıb
Rusiyanın Xarkov şəhərini bombalaması nəticəsində 3 nəfər həlak olub, 21 isə nəfər yaralanıb

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərini bombalaması nəticəsində 3 nəfər həlak olub, 21 isə nəfər yaralanıb. Bu barədə Ukrayna mediası məlumat yayır.

Xarkov meri İqor Terexovun bildirdiyinə görə, şəhərdə silsilə partlayışlar baş verib.

Mövcud məlumata görə, şəhərə hücum raketlər, pilotsuz uçuş aparatları və idarə olunan aviabombalarla həyata keçirilib. Hücumun hədəfi Xarkov şəhərinin mərkəzi hissəsində yerləşən yaşayış binası olub.

Terexovun söylədiyinə görə, Xarkov bütün genişmiqyaslı müharibə ərzində ən güclü hücuma məruz qalıb. Bir saat yarım ərzində şəhərdə ən azı 40 partlayış baş verib. Səhər saatlarına olan məlumata görə, Xarkovun bombalanması nəticəsində 18 yaşayış binası və 13 fərdi təsərrüfat zədələnib.