Rusiyanın hücumu nəticəsində Kiyevdə həlak olanların sayı 22-yə yüksəlib
Rusiyanın hücumu nəticəsində Kiyevdə həlak olanların sayı 22-yə yüksəlib. Dağıntılar altında hələ də insanların olduğu güman edilir. Ölənlər arasında dörd uşaq da var. 52 nəfər yaralanıb, – bu barədə Kiyev Hərbi Şəhər Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirir.
Onun sözlərinə görə, axtarış-xilasetmə işləri hələ də davam edir və dağıntılar altında 10 nəfərə qədər insanın olduğu ehtimal edilir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yenilənmiş gğstəricilərinə əsasən, Rusiyanın hücumu nəticəsində Kiyevdə 225 yaşayış binası, həmçinin uşaq bağçaları və qarajlar zədələnib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bildirdiyinə görə, paytaxtın bütün bölgələrində zədələr var. Həmçinin, Ukraynadakı Avropa İttifaqı Nümayəndəliyinin binasına ziyan dəyib, Britaniya Şurasının, “Azadlıq Radiosu”nun və “Ukrayinskaya Pravda” nəşrinin ofisləri də zədələnib.