Rusiyanın qüvvələri Xarkovu bombalayıb, 3 nəfər həlak olub və 31 nəfər yaralanıb
Rusiyanın qüvvələri Xarkovu bombalayıb, 3 nəfər həlak olub və 31 nəfər yaralanıb. Bu haqda məlumatı Ukrayna mediası yerli hakimiyyət orqanlarına istinadən yayır.
Xarkovun meri İqor Terexovun “Telegram” kanalında yazdığı kimi, hücumlar şəhərin dörd inzibati rayonunda həyata keçirilib.
İlkin məlumata əsasən, işğalçılar idarə olunan aviasiya bombaları ilə yaşayış evlərinə hücumlar həyata keçiriblər.