Rusiyanın Federal Təhlükəsizlik Xidmətində “ukraynalı diversantlar”ın Kursk vilayətində elektrik ötürücü qüllələrə ziyan vurduğu bildirilib
Rusiyanın Federal Təhlükəsizlik Xidmətində “ukraynalı diversantlar”ın Kursk vilayətində elektrik ötürücü qüllələrə ziyan vurduğu bildirilib. Müvafiq məlumatı rus mətbuatı yayır.
“2022-ci ilin avqustun 4, 9 və 12-də Kursk vilayətinin Kurçatov rayonunda, Ukraynanın diversiya qrupları Kursk atom elektrik stansiyası vasitəsilə regionun və qonşu rayonların enerji təchizatı üçün istifadə olunan yüksək gərginlikli elektrik xəttinin altı qülləsini partladıblar”- deyə xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin bəyanatında deyilir.
Təhlükəsizlik Xidmətinin məlumatında, təxribat nəticəsində AES-in istismarının texnoloji prosesinin pozulduğu deyilir. Terakt maddəsi ilə məsələ qaldırılıb. Diversantların və onların mümkün şəriklərinin axtarışı davam etdirilir.