Rusiyanın əsirliyindən 107 ukraynalı döyüşçü, o cümlədən “Azovstal”ın 74 müdafiəçisi azad edilib

19:19, 03.11.2022

 

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Teleqram kanalında yazdığına görə, 107 döyüşçü, o cümlədən Mariupoldakı “Azovstal” zavodunun 74 müdafiəçisi Rusiya əsirliyindən Ukraynaya qayıdıb.

O, geri qayıdanların çoxunun yaralı olduğunu, o cümlədən vəziyyəti ağır olan hərbçilərin olması barədə məlumat verir. Onların bəziləri martdan yaralanıb. Yermak dövlətin onlara kömək etmək üçün hər şeyi etdiyini bildirir. Yermak azad edilənlər arasında 6 zabitin olduğunu yazır. Həmçinin “Azov” batalyonunun üç üzvü azad edilib.

Rusiya Müdafiə Nazirliyi də 107 hərbçinin Ukrayna əsirliyindən azad edildiyini təsdiqləyir.

Oxşar