Rusiyanın dronlarla Zaporojyeyə hücumu nəticəsində ən azı 28 nəfər yaralanıb və infrastruktura ziyan dəyib
Rusiya hərbçiləri Zaporojyeyə dronlarla hücum edib. Hücum nəticəsində ən azı 28 nəfər yaralanıb.
Zaporojye vilayəti hərbi idarəsinin rəisi İvan Fedorovun məlumatına görə, mayın 1-də gecə ərzində Rusiya işğalçı qüvvələri pilotsuz uçuş aparatları ilə Zaporojyeyə azı 10 zərbə həyata keçirib.
“Ruslar şəhərin mülki infrastrukturuna zərbələr endiriblər. Yaşayış binaları, universitet və infrastruktur obyekti zədələnib”, – Fedorov bildirib.
Hücum nəticəsindinə bir neçə yanğın baş verdi. Xəsarət alanların bir hissəsi xəstəxanaya çatdırılıb, bir hissəsinə isə yerindəcə tibbi yardım göstərilib. Xilasetmə və bərpa işləri davam edir.