Rusiyanın Ukraynanın Dnepr şəhərinə dronlarla hücumu nəticəsində dörd nəfər həlak olub
Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Bu barədə Ukrayna mediası məlumat yayır.
Yerli hakimiyyətin məlumatına əsasən, dörd nəfər həlak olub və 21 nəfər yaralanıb.
Medianın məlumatına görə, dronlarla hücum nəticəsində restoran kompleksində, həmçinin şəxsi evlərdə yanğına baş verib. Çoxmərtəbəli binalara və avtomobillərə ziyan dəyib.
Regional hakimiyyətin məlumatına görə, Rusiya qüvvələri şəhərə istiqamətinə 20-dən çox pilotsuz uçuş aparatı atıb, onların əksəriyyəti Ukrayna müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib