Rusiyanın Dnepropetrovsk və Odessa bölgələrinə irimiqyaslı hücumları nəticəsində həlak olan və yaralananlar var
Rusiyanın Dnepropetrovsk və Odessa bölgələrinə irimiqyaslı hücumları nəticəsində həlak olan və yaralananlar var

Rusiya ordusunun Ukrayna yaşayış məntəqələrinə irimiqyaslı hücumu itkilərlə nəticələnib.

Ukrayna mediasının məlumatına görə, Dnepropetrovskun bombalanması nəticəsində üç nəfər həlak olub. Xilasedicilər dağıntılar altında qalan insanları axtarırlar. Bombardman nəticəsində 21 nəfər yaralanıb.

Yayılan məlumata görə, Rusiya ordusunun hücumu on saatdan çox davam edib. Odessa bölgəsində də irimiqyaslı hücum həyata keçirilib. Dronlarla hücum nəticəsində yaşayış binalarına və liman infrastrukturuna ziyan dəyib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ruslar dronlar, hava, dəniz və yerüstü raketlərdən istifadə edərək Ukraynaya qarşı 600-dən çox hava hücumu həyata keçiriblər.

Aprelin 25-də, gecə saatlarında ruslar Xəzər dənizi bölgəsində yerləşdirilmiş strateji bombardmançılardan Ukrayna istiqamətində qanadlı raketlər buraxıblar.