Rusiyanın Birləşmiş Krallıqdakı səfirliyi Londonu xəbərdar edir ki, Ukraynaya verdiyi dəstəyə görə cavab verəcək – “Kiyevin terror maşınına dəstək nə qədər böyük olarsa, bunun bədəli də bir o qədər ağır olacaq”

20:33, 17.08.2026

Rusiyanın Birləşmiş Krallıqdakı səfirliyi Londonu xəbərdar edir ki, Ukraynaya verdiyi dəstəyə görə cavab verəcək.

“Kiyev rejiminin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Britaniya dronlarından istifadə etməsi barədə məlumatlar təsdiqləyir ki, London riyakarcasına sülhə can atdığını bəyan etdiyi halda, qəsdən Ukrayna böhranının eskalasiyasına mərc edir. Beləliklə, Birləşmiş Krallıq ölkəmizi cilovlamaq və dolayısı yollarla ona maksimum zərər vurmaq üçün ukraynalı neonasistlərin qanlı cinayətlərində və terror hücumlarında şərik və köməkçi kimi çıxış edir.

Londonun bu hərəkətlərinin qaçılmaz nəticələri olacaq və buna görə o, cavab verəcək. Münaqişəyə cəlb olunma nə qədər dərindirsə və Kiyevin terror maşınına dəstək nə qədər böyükdürsə, bunun bədəli də bir o qədər ağır olacaq”, – deyə bəyanatda deyilib.

Oxşar