Rusiyanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi, müfəttişlərin sentyabrın əvvəlində Zaporojie AES-ə səfər edə biləcəklərini bildirir
Rusiyanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki daimi nümayəndəsi Mixail Ulyanov, müfəttişlərin sentyabrın əvvəlində Zaporojie AES-ə səfər edə biləcəklərini bildirir.
O, Atom Agentliyinin mütəxəssislərinin missiya marşrutu və digər detallar ilə bağlı danışıqların hələ yekunlaşmadığını bildirib.
“Təfərrüatlar haqqında danışmaq hələ tezdir, bunlar çox həssas məsələlərdir. Missiyanın modelləri, missiyadakı insanların sayı, marşrut, tapşırıqlar , onların stansiyada qalma müddəti, tapşırıqları haqqında müzakirələri davam etdiririk. Bütün bunlar müzakirə tələb edir. Buna zaman lazımdır. Səfərin vaxtına gəlincə, proqnozlar hər zaman özünü doğrultmur, lakin fikrimcə xarici amillər olmasa, sentyabrın əvvəlində bu baş verə bilər” -deyə Ulyanov bildirib.
Zaporojie AES mart ayından sonra Rusiya tərəfindən işğal olunub. Son həftələr Kiyev və Moskva bir-birini stansiya istiqamətində atəş açmaqda ittiham ediblər. Birləşmiş Millətlər Təşkilatı stansiyanın ərazisinin hərbisizləşdirilmiş zona elan edilməsini tələb edir. Ukrayna hökuməti Rusiyanı Zaporojie elektrik stansiyasının ərazisini tərk etməyə və mütəxəssislərin Kiyevin nəzarətində olan ərazilərdən stansiyaya daxil olmasına icazə verməyə çağırır. Moskva indiyədək bundan imtina edirdi, lakin Fransa və Rusiya prezidentləri arasında telefon danışığından sonra Yelisey Sarayından , Putinin Kiyev və Beynəlxalq Atom Enerjisi Agentliyinin razılaşdırdığı şərtlərlə Zaporojie stansiyasına missiya göndərməyə razılaşdığını açıqlayıblar.