Rusiyanın Baş naziri oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyi Ermənistana işgüzar səfərə gedəcək

13:46, 30.09.2024

 

Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar sessiyasında iştirak edəcəyi Ermənistana işgüzar səfərə gedəcək.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin başçıları ilə birlikdə Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari vəzifələrini müzakirə edəcək, daxili bazarın fəaliyyəti məsələlərinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək.

Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə statusuna malik Kuba və Özbəkistan, eləcə də dəvət olunmuş qonaqlar hökumətlərarası şuranın iclasına qatılacaqlar. Erməni mediasının verdiyi məlumat üzrə, Avrasiya Hökumətlərarası Şurasının payız iclası ənənəvi olaraq Ermənistanda keçirilir. Ermənistana səfərindən əvvəl bu gün Rusiyanın Baş nazirinin Tehranda İran Prezidenti Masud Pezeşkiyan ilə danışıqları planlaşdırılır.

Oxşar