Rusiyanın ABŞ-dakı səfiri – ABŞ-ın Ukraynaya daha çox hərbi yardım göndərmək qərarı Rusiya ilə Qərb arasında birbaşa hərbi toqquşma riskini artırır
ABŞ-ın Ukraynaya daha çox hərbi yardım göndərmək qərarı Rusiya ilə Qərb arasında birbaşa hərbi toqquşma riskini artırır-bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Rus diplomat ABŞ-ın münaqişənin iştirakçısı olduğunu bildirib.
“Biz Vaşinqtonu ən ağır nəticələrə səbəb ola biləcək təxribatçı hərəkətlərini dayandırmağa çağırırıq”- deyə Rusiya səfiri bildirib.
Bundan əvvəl ABŞ Ukraynaya əlavə 625 milyon dollar hərbi yardım ayırdığını açıqlamışdı.
Son həftələr Ukrayna qoşunları ölkənin şimal-şərqində və cənubunda əhəmiyyətli irəliləyişlər əldə edib.