Rusiyanın 31 iyul tarixində Kiyevə endirdiyi hücum nəticəsində həlak olanların sayı 27-yə gədər yüksəlib, onlardan üçü uşaqdır
Rusiyanın 31 iyul tarixində Kiyevə endirdiyi hücum nəticəsində həlak olanların sayı 27-yə gədər yüksəlib, onlardan üçü uşaqdır

Rusiyanın 31 iyul tarixində Kiyevə endirdiyi hücum nəticəsində həlak olanların sayı 27-yə gədər yüksəlib, onlardan üçü uşaqdır. Bununla yanaşı, 16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb.

həlak olanların sayının artacağı gözlənilir.

Ukrayna mediasının məlumatına görə, axtarış-xilasetmə əməliyyatları davam edir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 100-dən çox şəxsə zəruri yardım göstərilib, onlarla vətəndaş isə xəstəxanalarda qalır.

Ukrayna liderinin bildirdiyinə görə, 31 iyul tarixində Rusiya Kiyev istiqamətində 300-dən çox dron və səkkiz raket buraxıb.