Rusiyada silahlı qüvvələrin sayı artacaq
Rusiyada silahlı qüvvələrin sayı artacaq. Bu haqda ölkənin prezidenti Vladimer Putin sərəncam imzalayıb və sənəd hüquqi aktların rəsmi veb saytına yerləşdirilib.
Yeni əmrə əsasən, Rusiya silahlı qüvvələrinin sayı 2 milyon 389 min nəfərə qədər artacaq, o cümlədən 1 500 000 nəfər hərbi qulluqçu olacaq.
Həmçinin, Rusiyanın Prezidenti hökumətə Müdafiə Nazirliyinin fərmanının yerinə yetirilməsi üçün büdcədən lazımi vəsaitin ayrılmasını tapşırıb. Axırıncı dəfə Rusiyanın silahlı qüvvələrinin şəxsi heyətinin sayı 2023-cü ilin dekabrında 2 milyon 209 min nəfərə qədər artırılmışdı, o cümlədən 1 320 000 nəfər hərbi qulluqçudur.