Rusiyada koronavirusa yoluxanların sayı 50 mini aşdı

12:42, 21.04.2020

Rusiyada koronavirusa yoluxanların sayı 50 mini aşdı.

Rəsmi göstəricilərlə, ölkədə artıq 52 763 insan virusa yoluxub. Son 24 saat ərzində isə, virusa yoluxmanın 5 642 halı aşkar edildi. Son bir gün ərzində virus nəticəsində 51 insan həlak oldu, 427 pasiyent isə, sağaldı.

Virusun yayılmasından bu günə qədər Rusiyada “COVID-19” ilə 456 insan həlak olub, 3 873 nəfər isə, sağalıb.

Oxşar