Rusiyada koronavirusa 8 984 yeni yoluxma halı qeydə alınıb

12:46, 07.06.2020

 

 Rusiyada son 24 saat ərzində Covid 19-a 8 984 yeni yoluxma halı qeydə alınıb.134 pasiyent vəfat edib.Məlumatı rus mətbuatı yayır.

Ötən günün göstəriciləri ilə müqayisədə,ölümcül halların gündəlik sayı 63 nəfər azalıb.

Pandemiyanın başlamasından bu günədək Rusiyada Covid 19-a  467 673 yoluxma halı qeydə alınıb.Onlardan 226 mini sağalıb,5 869 nəfər isə dünyasını dəyişib.

Hazırladı-Sevinc Mustafayeva

Oxşar