Rusiyada qocalar evinin yanması nəticəsində azı 20 nəfər ölüb, 6 nəfər yaralanıb

11:23, 24.12.2022

 

Rusiyanın Kemerovo şəhərində qocalar evində baş verən yanğında azı 20 nəfər ölüb. Altı nəfər yaralanıb.

İki mərtəbəli bina gecə saatlarında yanıb. İlkin versiya olaraq, istilik sistemindəki nasazlıq hesab olunur. 80-ə yaxın yanğınsöndürən bir neçə saat ərzində yanğını söndürməyə çalışıb.

Yayılmış məlumatda qocalar evinin qeyri-qanuni fəaliyyət göstərdiyi deyilir. Hadisədən sonra vilayətin qubernatorunun sərəncamına əsasən, bölgə miqyasında qocalar evlərində təftiş aparılacaq.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Kemerovo istirahət mərkəzində baş verən yanğında 60 nəfər, o cümlədən 37 uşaq həlak olub.

Oxşar