Rusiyada bildirirlər ki, son 24 saat ərzində Ukrayna tərəfindən buraxılan 1 478 dron və “Flamingo” tipli doqquz raket zərərsizləşdirilib
Rusiya Müdafiə Nazirliyi bildirir ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılan 1 478 dron və “Flamingo” tipli doqquz raket zərərsizləşdirilib. Qurumun məlumatına görə, hava hücumundan müdafiə sistemləri həmçinin 14 idarəolunan aviasiya bombasını və Amerika istehsalı olan bir ədəd “HIMARS” raketini məhv edib.
Rusiya dövlət agentliyi “TASS”ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu hücumu ilin əvvəlindən bəri baş verən ən miqyaslı hücum adlandırıb.
Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya paytaxtı istiqamətinə uçan 600-dən çox Ukrayna dronu zərərsizləşdirilib.
Paralel olaraq, Ukraynada bildirir ki, Rusiyanın həyata keçirdiyi son hücumlar nəticəsində azı səkkiz nəfər həlak olub, 39-dan çox insan isə yaralanıb.