Rusiyada bildirirlər ki, Rusiya səfirinin namizədliyi ABŞ-la razılaşdırılıb, Rusiyanın diplomatik missiyasına Aleksandr Darçiyev rəhbərlik edəcək
Rusiya Xarici İşlər Nazirliyində bildirirlər ki, Moskva Vaşinqtondan Aleksandr Darçiyevin Rusiya səfiri təyin edilməsi ilə bağlı razılıq alıb.
Nazirliyin məlumatına görə, səfir tezliklə Vaşinqtona yola düşəcək.
Aleksandr Darçiyev Vaşinqtonda Rusiyanın diplomatik missiyasında 10 il ərzində işləyirdi. 1997-2002-ci illərdə o səfirliyin müşaviri olub.
Diplomat 2014-cü ilin oktyabrından 2021-ci ilin yanvar ayına qədər Rusiyanın Kanadadakı səfiri vəzifəsində işləyirdi.
2021-ci ilin yanvar ayından Aleksandr Darçiyev Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru vəzifəsində işləyirdi.