Rusiyada “Azov” batalyonunu terror təşkilatı kimi tanıyaraq, fəaliyyətini qadağan ediblər
Rusiyada “Azov” batalyonunu terror təşkilatı kimi tanıyaraq, fəaliyyətini qadağan ediblər

 

Rusiya Ali Məhkəməsi “Azov” batalyonunu terror təşkilatı kimi tanıyıb və fəaliyyətini qadağan edib. Məhkəmənin qərarında deyilir: “Azov batalyonu terror təşkilatı kimi tanınsın və onun fəaliyyəti Rusiyada qadağan edilsin”.

Rusiya Baş Prokurorluğu “Azov”un qadağan edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edib. Material “məxfi” kimi təsnif edildiyi üçün prosesin çox hissəsi bağlı qapılar arxasında aparılıb. Ali Məhkəmənin qərarı dərhal icraya tabe tutulur.

Belə ki, bu gündən etibarən batalyon üzvlərini “terrorçuluq” maddəsi ilə cinayət məsuliyyəti gözləyir. Rusiya Cinayət Məcəlləsi terror təşkilatlarının üzvlərinə 10 ildən 20 ilə qədər, təşkilatçılara isə 15 ildən 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.