Rusiyada Azərbaycan, Ermənistan, Çin, Hindistan və Suriya kimi müxtəlif ölkələrin hərbçilərinin iştirak edəcəyi hərbi təlimlər başlayır
Rusiyanın Uzaq Şərqində Azərbaycan, Ermənistan, Çin, Hindistan və Suriya kimi müxtəlif ölkələrin hərbçilərinin iştirak edəcəyi hərbi təlimlər başlayır.
Rus mətbuatı “Şərq 2022” hərbi təlimlərinin sabah başlayacağını və sentyabrın 7-dək davam edəcəyini yazır. Təlimdə 50 min hərbi qulluqçu, 5 min ədəd hərbi texnika, o cümlədən 140 uçuş aparatı və 60 döyüş gəmisi, kater və təchizat gəmisi iştirak edəcək.
Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, manevrlərdə Rusiya Silahlı Qüvvələri ilə birlikdə Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandan olan hərbçilərin iştirak edəcəyi deyilir.
Rus mətbuatı yazır ki, Rusiyada planlaşdırılan təlimlərdə 2000 Çin hərbçisi və 300 ədəd hərbi texnika iştirak edəcək.