Rusiyada avtobus körpüdən çaya düşdü, 15 nəfər öldü
Rusiyada avtobus körpüdən çaya düşdü, 15 nəfər öldü

Rusiyada avtobusun körpüdən çaya düşməsi nəticədi 15 nəfər öldü. Daha 18 nəfər xəstəxanaya aparılıb. Hadisə Zabaykal bölgəsində baş verdi.

Rusiya Fövqəladə Hallar Xidmətinin məlumatına görə, avtobus Sretensk rayonundan Çita istiqamətinə hərəkət edirdi. İnsident zamanı avtobusda 44 sərnişin var idi.

İstintaqın məlumatına görə, hadisə avtobusun təkərinin partlaması nəticəsində baş verib.