Rusiya Xarkova dronlarla hücum həyata keçirib, 46 nəfər yaralanıb

11:12, 03.05.2025

Rusiya ötən gecə Xarkova pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib, şəhərin müxtəlif hissəsində partlayış səsləri eşidilirdi.

Xarkov meri İqor Terexovun məlumatına görə, hücumlar zamanı 11 yaşlı uşaq da daxil olmaqla 46 nəfər yaralanıb. Hücumlar yaşayış məntəqələrinə həyata keçirilib.

Ukrayna prezidenti hücuma münasibət bildirib. Volodimir Zelenskinin söylədiyinə görə, rusların Xarkovda heç bir hərbi hədəfi olmayıb. Zelenskinin söylədiyinə görə, Rusiya bunu qəsdən edir və insanlar evdə olanda, uşaqlarını yatmağa hazırlayanda yaşayış evlərini vurur.

“Dünya qərar verməkdə tərəddüd edərkən, Ukraynada demək olar ki, hər gecə kabusa çevrilir. Ukrayna hava hücumundan müdafiəni gücləndirməlidir. Bizə tərəfdaşlarımızdan güclü və real qərarlar lazımdır: ABŞ-dan, Avropadan, sülhə can atan bütün tərəfdaşlarımızdan. Yalnız güc və sanksiyalar Rusiyanı dayandıracaq”, – Zelenski qeyd edib.

Oxşar