Rusiya Xarici İşlər Nazirliyində bildirirlər ki, Rusiya ABŞ-də keçiriləcək “Böyük İyirmilik” sammitinə iştirak üçün dəvət alıb
Rusiyada bildirirlər ki, ABŞ-də planlaşdırılan “Böyük İyirmilik” (G20) sammitinə dəvət alıblar.
“Ən yüksək səviyyədə iştirak etmək üçün dəvət var, amma tarixə daha yaxın baxacağıq. Ondan əvvəl nə olacağını Allah bilir”, – deyə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
“Böyük İyirmilik” sammiti cari ilin dekabr ayında Mayamidə keçiriləcək.