Rusiya Xarici İşlər Nazirliyi – Ermənistan və Azərbaycanı təmkinli davranmağa və atəşkəs rejiminə əməl etməyə çağırırıq
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı münaqişənin daha da gərginləşməsindən çəkinməyə və atəşkəs razılaşmasına əməl etməyə çağırıb.
Bəyanatda qeyd edildiyi üzrə, Rusiya Xarici İşlər Nazirliyi sentyabrın 13-də, gecə Ermənistan-Azərbaycan sərhədinin bəzi ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsindən narahatlığını bildirir.
“Biz tərəfləri vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli davranmağa və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə əməl etməyə çağırırıq” -deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Ermənistanla Azərbaycan sərhədində gecə yarısı başlayan qarşıdurma gecə boyu davam edib, hər iki tərəf vəziyyətin gərginləşməsinə görə bir-birini ittiham edib.