Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdiriblər
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdiriblər. Nəticədə Kiyev 909, Moskva isə 41 əsgərin qalığını qaytarıb.
Ukrayna göstərdiyi köməyə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür edib.Həlak olan hərbçilər əsasən Kuraxov, Zaporojye, Sumı və Xarkov istiqamətlərində döyüşürdülər.
İndi cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanılacaq.