Rusiya və Ukrayna əsirləri, o cümlədən hərbi və mülki şəxsləri mübadilə ediblər
Rusiya və Ukrayna əsirləri, o cümlədən hərbi və mülki şəxsləri mübadilə ediblər

Rusiya və Ukrayna əsirləri dəyişdirdi. Tərəflər bir-birinə 390-390 əsir təhvil veriblər. Xüsusilə, hər iki tərəf Ukrayna–Belarus sərhədində 270 hərbi və 120 mülki şəxsi geri qaytardı.

Medianın yazdığına görə, bu, Ukraynada müharibə başlayandan bəri ən genişmiqyaslı əsir mübadiləsidir.

Bundan əvvəl İstanbulda danışıqlar zamanı Rusiya və Ukrayna 1000-1000 əsirin mübadiləsi barədə razılığa gəliblər. Medianın məlumatına görə, tərəflər yaxın günlərdə daha çox hərbi əsir dəyişdirəcəklərini təsdiqləyiblər.

Bununla yanaşı, Ukrayna prezidenti Volodimir Zelenski sosial mediada növbəti əsir mübadiləsinin həftə sonu davam edəcəyini yazıb.

“Biz xalqımızı evə qaytarırıq. Bu gün – 390 insan. Hesab edirik ki, mübadilə şənbə və bazar günləri də davam edəcək. Biz hər bir ad, hər bir şəxslə bağlı hər bir detalı yoxlayırıq”, – Volodimir Zelenski yazır.