Rusiya və Ukrayna bir-birinə eyni sayda – 307 hərbi əsir təhvil verib
Rusiya və Ukrayna əsirlərin mübadiləsinin ikinci mərhələsini başa çatdırıb. Rus mediasının məlumatına görə, tərəflər bir-birinə 307 hərbi əsir təhvil veriblər.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına əsasən, əsirlərin mübadiləsi 16 mayda İstanbulda əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir.
Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinin birinci mərhələsi 23 may tarixində həyata keçirilib və bu çərçivədə tərəflər bir-birinə 390 nəfər təhvil veriblər.
İstanbulda aparılan danışıqlarda Rusiya və Ukrayna 1000-1000 əsirin mübadiləsi barədə razılığa gəliblər.