Rusiya və İran prezidentləri İranın nüvə proqramı barədə danışıblar
Rusiya və İran prezidentləri İranın nüvə proqramı barədə danışıblar

İran və Rusiya prezidentləri İranın nüvə proqramı barədə danışıblar.

Kremlin yaydığı məlumata əsasən, iki ölkənin liderləri arasında telefon danışığı keçirilib və söhbət zamanı həmçinin Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında keçirilmiş görüş müzakirə olunub.

Onların məlumatına əsasən, Rusiya və İran prezidentləri Çində planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.