Rusiya və Çin sentyabrda növbəti birgə hərbi təlim keçirəcək
Rusiya və Çin sentyabrda yenidən birgə hərbi təlimlər keçirəcək. “Şimal/Qarşılıqlı Fəaliyyət 2024” adlı manevrlərdə iki ölkənin hərbi və dəniz qüvvələri və aviasiya iştirak edəcək. Təlimlər Oxotsk və Yaponiya dənizlərində və onların hava məkanında keçiriləcək.
Çin Müdafiə Nazirliyinin bildirdiyinə görə, təlimin məqsədi “strateji əməkdaşlığı və təhdidlərə qarşı birgə müqaviməti gücləndirməkdir”.
Oxşar təlimlər 20-23 iyul 2023-cü il tarixlərində Yaponiya dənizində keçirilib. Cari ilin yayında Rusiya Hərbi Dəniz Qüvvələri artıq Çinlə Çinin cənub sahilində keçirilən “Dəniz əməkdaşlığı – 2024” birgə təlimlərində iştirak edib.
Son illərdə Çin və Rusiya yaxınlaşıb və bu əməkdaşlıq “sonsuz olaraq qəti” adlandırırlar. Eyni zamanda, Qərb Çini tənqid edir və Pekinin Ukrayna münaqişəsində Moskvanı dəstəklədiyini bildirir.