Rusiya və Belarus prezidentləri qoşunların birgə regional qrupunun yerləşdirilməsi barədə razılığa gəliblər

14:16, 10.10.2022

 

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko qoşunların birgə regional qrupunun yerləşdirilməsi barədə razılığa gəliblər.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Mən həmişə demişəm ki, bu qrupun əsasını Belarus Respublikasının ordusu, Silahlı Qüvvələri təşkil edir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu qrupun formalaşmasına başlanılıb. Düşünürəm ki, bu, iki gündür ki, davam edir” – deyə Belarus prezidenti qeyd edib.

Aleksandr Lukaşenko müştərək hərbi birləşmənin harada yerləşəcəyini dəqiq açıqlamayıb və zərurət əsasında qərar verəcəklərini qeyd edib.

Bundan əlavə, Aleksandr Lukaşenko NATO və bir sıra Avropa ölkələrinin Belarusa qarşı mümkün təcavüz variantlarını müzakirə etdiklərini açıqlayır.

Oxşar