Rusiya Ukraynaya hava hücumu həyata keçirib
Rusiya Ukraynaya hava hücumu həyata keçirib

Rusiya Ukraynaya hava hücumu həyata keçirib. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatına görə, Dnepropetrovsk bölgəsində, həmçinin Xmelnitski vilayətində partlayış səsləri eşidilirdi.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lisak hücum nəticəsində bir nəfərin həlak olduğunu, 13 nəfərin isə yaralandığını bildirir.

“Dnepropetrovsk yenidən irimiqyaslı hücuma məruz qalıb. Təcavüzkar bölgəyə pilotsuz uçuş aparatları və raketlər atıb”, – Lisak bildirib.

İlkin məlumata görə, iki ev dağılıb, 20-yə yaxın yaşayış binası zədələnib.

Donetsk və Xersonda da yaralananlar və həlak olanlar barədə məlumat yayılır. Medianın yazdığına görə, Xersonda bir nəfər həlak olub, 4 nəfər yaralanıb, Donetskdə isə bir nəfər həlak olub və beş nəfər xəsarət alıb.